"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Türkiyənin İstanbul və Ankara şəhərlərinə uçuşları müvəqqəti dayandırır.
Bunu "APA-Economics"ə AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.
Onun sözlərində görə, Bakı-İstanbul-Bakı (J2175/176) 29 aprel 2021-ci il – 16 may 2021-ci il tarixlərinə və Bakı-Ankara-Bakı (J2 103/104) 29 aprel 2021-ci il – 13 may 2021-ci il tarixlərinə olan reyslər ləğv edilir.
Bununla yanaşı, Bakı-Antalya-Bakı (J2 125/126) 12 may 2021-ci il tarixli reysi də ləğv olunub.
Qeyd edək ki, buna səbəb sərnişin axaınının aşağı olmasıdır.