“Xarici kreditlərin qaytarılmaması ilə bağlı biz büdcənin icrasına dair rəydə daha geniş məlumatlar veririk”.
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, biz may ayında büdcənin icrası ilə bağlı layihəyə rəy hazırlayırıq: “Bizim rəylərimiz hazırlanarkən göstəririk ki, elə təşkilatlar var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar. AZAL-da həftənin birinci günündən nəzarət tədbirlərinə başlanılıb. Nəticələri sizə təqdim edəcəyik. SOCAR-da hələ belə yoxlamalara başlamamışıq”.