Avropa Azərbaycan məktəbinin direktoru ikinci dünya virtual konfransına dəvət alıb
19 mart 2021 10:47 (UTC +04:00)

Avropa Azərbaycan məktəbinin direktoru ikinci dünya virtual konfransına dəvət alıb

 

IB (Beynəlxalq Bakalavr), "növbəti paradiqmanın açılışımövzusunda ikinci dünya (Asiya-Sakit Okeanı) virtual konfransını təşkil edir. Avropa Azərbaycan məktəbinin icraçı direktoru Françesko Bankini liderlik və IB (Beynəlxalq Bakalavr) proqramlarının inkişaf etdirilməsi mövzusunda bu konfransda iki təqdimatla çıxış edəcəkdir.

 

İştirakçılar liderlərin həm texnoloji inkişaf, həm də artan qaynaq qıtlığı və gözlənilməz hadisələr baxımından qeyri-müəyyən gələcəyə necə cavab vermələrinin müxtəlif yollarını araşdıracaqlar. Fərqli düşüncə mühüm rol oynamalıdır; bu səbəbdən, hər bir məktəbin IB proqramına aid şagird profilində vurğulandığı kimi yaradıcılıq, araşdırma və risk almağı inkişaf etdirmək məsuliyyəti vardır. Bu keyfiyyətlər şagirdlər, valideynlər, müəllimlərdən başlayaraq liderlərə qədər bütün cəmiyyətə nüfuz etməlidir. Təhsil liderləri olaraq biz  fərqli düşüncə və yaradıcılığı əhatə edərək necə rəhbərlik edəcəyimizi şüurlu şəkildə düşünməliyik. Bu iclasda biz proaktiv şəkildə necə bütün cəmiyyətimizin yaradıcılığını, fərqli düşünmək qabiliyyətlərini və istəklərini inkişaf etdirəcəyimizi araşdırırıq.

 

Bu xüsusiyyətləri şagirdlərimizdə məhdudlaşdırmaq əvəzinə, hər birimiz IB şagird profilində yer aldığı kimi araşdırmağı və risk almağı bacaran şəxsiyyətlər olmalıyıq. Liderlər olaraq, bu xüsusiyyətləri inkişaf etdirməkdən çəkinə bilərik, çünki, bunlarla yanaşı, sözügedən xüsusiyyətlər, həmçinin, qayda-qanun pozuntusu və xaos da yarada bilər. Beləliklə, liderlərin rolunu yenidən düşünməli və onlara rəhbərlik etdiklərində bu potensialı aşkarlamaqda kömək etməliyik.

 

İkinci iclasda qlobal cəmiyyətimizin daxili qarşılıqlı əlaqə xüsusiyyəti  müzakirə olunur. Məktəblər, mədəniyyətlərarası anlaşma və digər mədəniyyətlərə və şəxsiyyətlərə hörmət edilməsi lazım olan vəziyyətlərlə getdikcə daha çox qarşılaşır. Fənlərarası təlim müxtəlif mədəniyyətlər arasındakı oxşar və fərqli cəhətləri araşdırmaq və bir-birlərini daha mənalı bir şəkildə anlamaq üçün zəngin bir fürsət təqdim edir. Seminarın aktiv qarşılıqlı əlaqəsi, müxtəlif mədəniyyətlərin gözü ilə əsas anlayışları, ünsiyyəti, cəmiyyətləri və perspektivləri araşdırmağa, onları inkişaf etdirmək üçün bir çox praktik fikir verməyə imkan yaradacaqdır.

 

Qlobal bir cəmiyyət olaraq qarşılaşdığımız böyük qeyri-müəyyənliyi nəzərə alaraq, yaradıcılıq və uyğunlaşmanı əhatə edən fikirlərlə gələcək haqqında plan qurmalıyıq. Fənlərarası tədris bacarıqlara əsaslanan təlimə və öyrənmə təcrübəsindən fərqli şəkildə istifadə etmək üçün qərəzsiz problem həllinə yönəlməyimizə imkan verir. Beləliklə, növbəti paradiqmamızı açıq şəkildə hədəf alır. Bundan əlavə isə, fənlərarası tədrisin mahiyyəti konstruktiv əməkdaşlığı tələb edir və bu, gərəklidir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542
avatar

Oxşar yazılar