AKABE məşğulluq marafonuna qoşuldu -  VİDEO
01 oktyabr 2021 11:47 (UTC +04:00)

AKABE məşğulluq marafonuna qoşuldu - VİDEO

Dövlət əhəmiyyətli Sosial layihələrdə daim aktiv rol oynayan Akabe İnşaat, "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" və "Dövlət Məşğulluq Agentliyi"nin birgə səyi ilə bir müddət əvvəl başladılmış "Məşğulluq Marafonu"na qoşulub.

Artıq 21 ildir ki, inşaat sektorunda fəaliyyət göstərən Akabe İnşaat, keramoqranit, kafel, metlax, mozaikalar, hamam aksessuarları, santexnika məhsulları, vannalar, suqarışdırıcılar, duş və duş kabinləri və digər məhsulların satışını reallaşdırır. Avropa və Asiyanın aparıcı markalarını yerli bazarda təmsil edən Akabe MMC-nin əsas missiyası Avropa keyfiyyətini yerli bazarda daha sərfəli qiymətə təqdim etməklə, ölkə iqtisadiyyatında, xüsusən də  qeyri-neft sektorunda rəqabətədavamlı mühitin formalaşmasına töhvə verməkdir. Bu səbəbdən də Akabe İnşaatın “Məşğulluq Marafonu” kimi geniş miqyaslı, sosial və iqtisadi baxımdan əhəmiyyətli Dövlət layihəsini dəstəkləməsi təsadüfi deyil.

Məlumat üçün qeyd edək ki, "Məşğulluq Marafonu" layihəsinin məqsədi Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin işlə təmin olunmasıdır. Bu mövzuda olan layihələrin ölkə iqtisadiyyatına müsbət təsirinin fərqində olduğu üçün, Akabe İnşaat da öz növbəsində şəhid ailəsi üzvü və vətən müharibəsi qazisini işlə təmin edərək, marafonu dəstəklədi.  İl sonunadək davam etdirilməsi düşünülən bu layihədə kiçik, orta, iri müəssisələr asanlıqla iştirak edə bilər. Akabe İnşaat olaraq bu xoşməramlı marafonu davam etdirməyi düşünür və miqyasından asılı olmayaraq bütün şirkətləri qoşulmağa səsləyirik.

www.akabe.az

AKABE məşğulluq marafonuna qoşuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Oxşar yazılar