"Ağ Evə xoş gəlmisiniz, Kommander" - Bayden yeni itini paylaşdı
21 dekabr 2021 08:21 (UTC +04:00)

"Ağ Evə xoş gəlmisiniz, Kommander" - Bayden yeni itini paylaşdı

ABŞ prezidenti Co Bayden və birinci xanım Jill Bayden Ağ Evdə yeni bir itin - Alman Çoban itinin “peyda olduğunu” elan ediblər. 

Lent.az-ın məlumatına görə, bu barədə prezident və xanımı öz “Tvitter” səhifəsində yazıblar.

Baydenin ilk mesajında deyilir: "Ağ Evə xoş gəlmisiniz, Kommander". 

Daha sonra o, yeni ev heyvanı ilə tanış olduğunu və onunla oynadığını əks etdirən qısa video paylaşıb.

Ərinin mesajını ürək işarəsi ilə bəyənən Jill Bayden də paylaşımı təkrar yayımlayıb.
CNN-in məlumatına görə, “Kommander” adlı yeni it Ağ Evə yaxınları tərəfindən hədiyyə edilib.
 

# 1713
avatar

Oxşar yazılar