ABŞ Rusiyadan bu məhsulların da idxalını  qadağan etdi
11 mart 2022 21:19 (UTC +04:00)

ABŞ Rusiyadan bu məhsulların da idxalını qadağan etdi

ABŞ Rusiyadan araq, brilyant və dəniz məhsulları idxalına qadağa qoyub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bunu prezident Co Bayden deyib.

“Biz həmçinin Rusiya iqtisadiyyatının bir sıra mühüm sektorlarından, o cümlədən dəniz məhsulları, araq və almazdan idxalı qadağan etmək üçün addımlar atırıq”, - Bayden vurğulayıb.

Ağ Evin bəyanatında qeyd edilir ki, bu malların idxalına qadağa qoyulması Rusiyanı 1 milyard dollardan çox gəlirdən məhrum edəcək. Eyni zamanda, Vaşinqton Rusiyadan tədarüklərə digər məhdudiyyətlərin tətbiqini də istisna etmir.

Qeyd edilir ki, Bayden tezliklə Rusiyaya dəbdəbəli malların ixracını qadağan edən fərman da imzalayacaq. Bu geyim, avtomobil və zərgərlik əşyalarına aiddir.

Bundan əlavə, ABŞ Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan kredit almasına da mane olacaq.

Martın əvvəlində Bayden Rusiyadan enerji daşıyıcılarının idxalını və Rusiyanın enerji sektoruna yeni investisiyaları qadağan edən sərəncam imzalamışdı. Belələiklə, xam neft, neft məhsulları, neft yanacaqları və yağlar, habelə onların distillə edilməsi məhsulları, mayeləşdirilmiş təbii qaz, kömür və kömür məhsullarının ABŞ-a idxalı qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1821
avatar

Oxşar yazılar