İlay Broud
01 may 2021 15:05 (UTC +04:00)

İlay Broud

ABŞ-ın ən varlılarından biri öldü

ABŞ-ın ən varlı adamlarından biri İlay Broud vəfat edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, onun 87 yaşı vardı. Milyarder uzun müddətli xəstəlikdən sonra Los-Ancelesdəki Sedars-Sinay tibb mərkəzində keçinib. 

“Forbes” jurnalı onun gəlirini 6,9 milyard dollar qiymətləndirib. Varlı amerikalıların reytinqində 85-cı sırada idi. 

Broad ixtisasca mühasib olsa da, varidatını daşınmaz əmlak və sığorta sahələrində qazanmışdı.

Məlumata görə, o, Los-Ancelesdə art-səhnə yaradılmasına yardım edib, girişi pulsuz olan The Broad muzeyini tikib və Uolt Disney adına konsert zalının tikintisində iştirak edib. 

İş adamı həm də Universitet Biznes Kollecini və Ali İdarəetmə Məktəbini təsis edib.

Bundan əlavə, o, genomik tibb üçün bir tədqiqat mərkəzinin yaradılması və dəstəklənməsinə milyard dollardan çox sərmayə qoyub.


 

# 1647
avatar

Oxşar yazılar