ABB Tech Akademiyası proqramçılarla yanaşı məhsul sahibləri də yetişdirəcək
16 dekabr 2021 22:40 (UTC +04:00)

ABB Tech Akademiyası proqramçılarla yanaşı məhsul sahibləri də yetişdirəcək

ABB-nin yaratdığı ABB Tech Akademiyası yeni qəbul proqramlarını elan edib. Bu proqramlar “Məhsul sahibi” və “Proqram təminatı mühəndisliyi-2” istiqamətlərindədir. Akademiyaya qəbul olunmaq istəyən şəxslər ərizələrini buradan göndərə bilərlər.

İndiyə qədər ABB Tech Akademiyasını 11 istiqamət üzrə 300-dən çox məzun bitirib. Məzunların təxminən 75%-i ABB-də və ölkənin digər aparıcı şirkətlərində işlə təmin olunub. Proqramlara bp şirkəti və onun tərəfdaşları da dəstək verir. Yüksək nəticə göstərmiş tələbələrə təqaüd qazanmaq imkanı yaradılır.

Tədrisi beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında həyata keçirir. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə, informasiya texnologiyaları sahəsində peşəkarlar icmasının üzvü olmalarına da kömək göstərir.

# 1038
avatar

Oxşar yazılar