ABB sahibkarlar üçün təlim keçirdi
25 oktyabr 2021 23:18 (UTC +04:00)

ABB sahibkarlar üçün təlim keçirdi

 

ABB Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Gəncə şəhərində  təlim təşkil edib. Təlimə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Thinkwise şirkəti də dəstək göstərib.

Tədbirdə Gəncə və ətraf bölgələrdən 30-a yaxın iş adamı qatılıb. İştirakçılar idxal-ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsi və “Yaşıl dəhliz” buraxılış sistemi”, biznes fəaliyyətində qarşıya çıxan problemlərin həlli ilə bağlı məlumatlandırılıblar.

Təlim iştirakçılarına kiçik və orta sahibkarlıq seqmenti üzrə kredit və qeyri-kredit məhsulları, maliyyə risklərinin idarə edilməsi məsələləri ilə bağlı da ətraflı məlumat verilib. İki günlük təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar qurmaq imkanı da qazanıblar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

# 9435
avatar

Oxşar yazılar