ABB mobile-da möhtəşəm qış kampaniyası başlayıb. ABB mobile vasitəsilə ilk ödənişini edən hər bir istifadəçi 10 AZN hədiyyə qazanır. Vəsait keşbək formasında müştərinin kart hesabına daxil olur.
Əgər müştəri ABB mobile ilə ilk ödənişini edərkən tətbiqdəki “ƏDV geri al” Mastercard kartını da aktivləşdirərsə, bu zaman əlavə 5 AZN keşbək də əldə edir.
Bu kampaniyadan faydalanmaq üçün tətbiqdəki “Sənə özəl” bölməsinə keçib “Faydalı təkliflər” seçiminə daxil olmaq, “Qoşul” düyməsini sıxmaqla ilk ödənişi həyata keçirmək lazımdır. Kampaniya indiyə qədər ABB mobile tətbiqində heç bir ödəniş etməmiş istifadəçilərə şamil olunur. Bu imkan kampaniyadan faydalanan ilk 10 000 istifadəçiyə aiddir.
ABB mobile müştərilərə bir çox bank əməliyyatlarını cəmi bir neçə toxunuşla həyata keçirmək imkanı yaradan mobil bankçılıq həllidir. Tətbiqi buradan yükləyib istifadə etmək olar.