ABB ölkəmizdə bank sektorunun ən yaxşı işəgötürəni brendini formalaşdırmaq üçün daha bir əhəmiyyətli addım atıb. Bank işəqəbul prosesini asanlaşdıran https://careers.abb-bank.az platformasını istifadəyə verib.
ABB-dəki vakansiyalara müraciət etmək istəyən namizədlərin artıq Banka mütəmadi CV göndərmələrinə ehtiyac yoxdur. Namizədlər portalda özlərinə şəxsi kabinet yaratmaqla mövcud vakansiyalar barədə ətraflı məlumat əldə edə və müraciətlərini yükləyə bilərlər. Portal namizədlərə təkrar müraciət göndərmədən şəxsi kabinetdən məlumatlarını yeniləmək imkanı yaradır. Namizədlər ABB-də işəqəbul üçün müraciətlərinə baxılma prosesinin mərhələlərini də portalda izləyə bilərlər.
Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: “ABB rəqəmsallaşma proseslərini genişləndirir və bu sahədə ən qabaqcıl təcrübələri tətbiq edir. İndiyə kimi bir çox proseslərimizi avtomatlaşdırmışıq. Təlimlərimiz xüsusi platformada həyata keçirilir. İndi isə belə bir portalı istifadəyə verməklə komandamıza qoşulmaq istəyən istedadların inkişafı üçün real imkan yaratdıq”.