ABB-də sahibkarlar üçün “Bahar endirimi”®
11 aprel 2022 12:57 (UTC +04:00)

ABB-də sahibkarlar üçün “Bahar endirimi”®

ABB kiçik və orta sahibkarlar üçün “Bahar endirimi” kampaniyasına start verib. Kampaniya müddətində ABB-də məsafədən hesab açan sahibkarlar Bankın xidmət paketlərini endirimli şərtlərlə əldə edə bilərlər. Bu fürsətdən yararlanan iş adamları “Standart”, “Standart+” və “İmtiyazlı” xidmət paketlərində 30%, “Premium”, “Premium+”  xidmət paketlərində isə 20% endirim qazanacaqlar. Kampaniya 11 aprel tarixindən 30 aprel tarixinədək keçərlidir.

ABB-nin xidmət paketlərinə sahibkarların tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Təqdim edilən xidmətlərin çoxu ödənişsizdir. Belə ki, müştərilər bu xidmət paketlərini əldə etməklə hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə edə bilərlər.

Xidmət paketlərinin 5 növü var: "Standart”, "Standart+”, "İmtiyazlı”, "Premium” və "Premium+”. Bu barədə daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. ABB-də məsafədən hesabı isə buradan çox rahatlıqla açmaq olar. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Oxşar yazılar