Vergi bəyannamələrinin son təqdimetmə vaxtı dəyişdi
29 mart 2020 14:23 (UTC +04:00)

Vergi bəyannamələrinin son təqdimetmə vaxtı dəyişdi

Ölkədə iş rejiminin dəyişdirilməsi ilə əlaqədar vergi bəyannamələrinin təqdim eilməsi üçün son müddət dəyişdirilib.

İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətindən Lent.az-a verilən məlumata görə, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əlavə dəyər, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-a keçirilib.

Qeyd edək ki, martın 31-i hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsi üçün son gün idi. Bundan başqa, Əlavə Dəyər Vergisi ödəyən vergi ödəyiciləri bəyannaməni hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyirlər. 

Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar