Sahibkarlara veriləcək maliyyə dəstəyinin həcmi məlum oldu - Nazirlər Kabineti
04 aprel 2020 21:16 (UTC +04:00)

Sahibkarlara veriləcək maliyyə dəstəyinin həcmi məlum oldu - Nazirlər Kabineti

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara veriləcək maliyyə dəstəyinin həcmi məlum olub.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. 

Sənədə əsasən, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara (iş yerlərinin azaldılmaması məqsədilə əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) 80 milyon manat maliyyə dəstəyi veriləcək. Maliyyə dəstəyi, 300 min fərdi (mikro) sahibkarı əhatə edəcək. Bu sahədə icraçı qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi müəyyənləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10059
avatar

Oxşar yazılar