İyul ayının 1-dən Rusiyada 0,25 və 0,1 litrlik qablarda araqların qablaşdırılması qadağan edilir.
Lent.az-in yerli KİV-ə istinadən məlumatına görə, bu barədə standartlaşdırma üzrə federal qurum qərar verib.
Məlumata görə, qərar qablaşdırmayla bağlı yeni standartlara keçidlə əlaqəlidir. Həmin tarixdən sonra ən kiçik həcmli araq məhsulları 0,5 litr həcmində müəyyən edilir.
Rusiyada "Çekuşka", Azərbaycanda "Çibuş" adlanan 0,25 həcmli araqlar, istehlakçılar arasında ən populyarı sayılır.