Rusiyada 1 ABŞ dollarının məzənnəsi 75 rubla yüksəlib.
APA-nın Rusiya bürosunun Moskva birjasına istinadən verdiyi məlumata görə, bu gün ABŞ-ın milli valyutası 2,1 rubl bahalaşaraq 75,07 rubla bərabər olub.
Qeyd edək ki, sonuncu dəfə analoji hal 2016-cı ilin fevral ayında qeydə alınıb.