Restoran və kafelərin onlayn xidmət göstərməsinə heç bir məhdudiyyət yoxdur
23 mart 2020 23:00 (UTC +04:00)

Restoran və kafelərin onlayn xidmət göstərməsinə heç bir məhdudiyyət yoxdur

“Restoran və kafelərin onlyan sifarişləri yerinə yetirməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O, onlayn sifariş məsələsinin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qərarında da əksini tapdağını vurğulayıb.

 

İ. Məmədov onu da deyib ki, hələlik fövqəladə vəziyyət elan olunmasına ehtiyac duyulmur: “Ancaq cənab Prezidentin də dediyi kimi, bu, istisna olunmur. Ehtiyac yaranasa, fövqəladə vəziyyət də elan oluna bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar