Qazdan qanunsuz istifadə edənlər AŞKARLANDI
10 aprel 2020 14:55 (UTC +04:00)

Qazdan qanunsuz istifadə edənlər AŞKARLANDI

Aprelin 9-da aparılan reyd zamanı sayğacı olmadan, abonent kimi qeydiyyata düşmədən qazdan istifadə edən iki fərdi yaşayış evi və bir istixana üzə çıxıb.

“Azəriqaz” İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhəri 52-ci məhəllədə vətəndaş qaz xəttinin dirəyinin içərisi ilə əlavə qoşma edərək uzaq məsafədə yerləşən evinə həyətlərin içərisi ilə qaz xətti aparıb və qanunsuz şəkildə ondan istifadə edib.

Abşeron rayonunun Novxanı kəndində isə vətəndaş heç kimin ağlına gəlməyəcək üsula əl atıb. O, qaz xəttinin dirəyinin içərisindən götürdüyü əlavə qoşmanı kanalizasiya quyusunun içi ilə həyətinə aparıb qazdan istifadə edib.

Xəzər rayonu Zirə qəsəbəsində isə sayğacı olmadan, abonent bazasında qeydiyyata düşmədən, müqavilə bağlamadan qaz oğurlayan istixana da üzə çıxıb. Qanunsuz qoşulmalar dərhal ləğv edilib. Birliyin əməkdaşları hər 3 fakt üzrə materialları toplayaraq ölçü götürülməsi üçün aidiyyatı strukturlara təqdim edəcək.

“Azəriqaz” İstehsalat Birliyi bir daha bəyan edir ki, təbii qazdan belə qanunsuz istifadə hallarına heç kim yol verməsin. Bu, həm də digər normal şəkildə qazdan istifadə edən abonentlərə maneçilik törədir. Birliklə müqavilə bağlamaqla, sivil formada abonent statusu alıb, fərdi yaşayış evinə və ya sahibkarlıq obyektinə sayğac quraşdırıb daha sonra qazdan istifadə etmək lazımdır. Əks halda aşkarlanan belə faktlar üzrə daha ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, 2020-ci ilin 3 ayı (yanvar, fevral və mart ayları) ərzində Bakı şəhəri və Abşeron rayonu üzrə əhali tərəfindən 13 825, qeyri əhali tərəfindən 58 olmaqla, ümumilikdə təbii qazdan 13 883 qeyri-qanuni istifadə halı aşkar olunub. Həmçinin, Sumqayıt şəhəri üzrə təbii qazdan 17 qeyri-qanuni istifadə halı aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2500
avatar

Mehman Nəbiyev

Oxşar yazılar