Pandemiya dövründə kreditlərə dair güzəştlər barədə YENİ MƏLUMAT
03 iyul 2020 18:56 (UTC +04:00)

Pandemiya dövründə kreditlərə dair güzəştlər barədə YENİ MƏLUMAT

“İlkin tədbirlər paketi zamanı pandemiya dövründə kreditlərə dair güzəştlər verilməsi məqsədəuyğun hesab olunmuşdu. Bu məsələnin bank sektoru və özəl sektor arasında əməkdaşlıqla həllini tapması yaxşı olardı”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisinin sözlərinə görə, ola bilər ki, gələcəkdə dövlət də bu istiqamətdə paketlərə baxsın: “Ancaq hazırda belə paketə baxılmır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7588
avatar

Oxşar yazılar