Müəllimlərə güzəştli ipoteka kreditinin verilməsi qaydasına dəyişiklik edildi
07 may 2020 17:28 (UTC +04:00)

Müəllimlərə güzəştli ipoteka kreditinin verilməsi qaydasına dəyişiklik edildi


İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən, gənc ailənin üzvü olan, ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyə qədər bu müddət 5 il idi.

Eyni zamanda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərlə yanaşı ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4578
avatar

Oxşar yazılar