Martın sonunadək Azərbaycanda maska istehsal ediləcək
24 mart 2020 20:22 (UTC +04:00)

Martın sonunadək Azərbaycanda maska istehsal ediləcək

 

Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq. 

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır: “Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200 - 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödənəcək”. 

İ.Məmmədov əlavə edib ki, paralel olaraq idxal və depolarda ehtiyatlar da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar