Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi - SƏRƏNCAM
28 noyabr 2019 16:55 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2773
avatar

Oxşar yazılar