Koronavirus azərbaycanlı milyarderə 1 milyard 200 milyon ziyan vurdu
25 fevral 2020 11:06 (UTC +04:00)

Koronavirus azərbaycanlı milyarderə 1 milyard 200 milyon ziyan vurdu

Koronavirsun yayılması ilə bağlı dünyanın əksər iri şirkətlərinin aksiyalarının dəyəri düşüb. Lent.az-ın Rusiya KİV-ə istinədən məlumatına görə, təkcə 24 fevral günü dünyanın 500 iri iş adamı 139 milyard dollar itirib.

Məlumata görə, ən çox itkiyə “Amazon”un sahibi Ceff Bezos  və “Louis Vuitton” prezidenti Bernar Arno məruz qalıb. “Zara”nın sahibi Amansio Orteqanın itkisi isə 4 milyard dollar təşkil edib. Mark Sukerberqin (Facebook)  itkisi də az olmayıb -  3,48 milyard dollar.

Koronovirus azərbaycanlı milyarder Vahid Ələkbərovdan da vaz keçməyib. “Lukyol”un sahibinin itkisi 1,21 milyard dollar təşkil edib.

# 3007
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar