Azərbaycan ordusu uğurlu anti-terror əməliyyatalarını genişləndirdikcə Ermənistan təkcə hərbi tərəfdən deyil, iqtisadi cəhətdən də ağır zərbələr alır. İqtisadiyyatın bütün sahələrində baş verən ağır tənəzzül ölkənin ağır sosial-iqtisadi kollaps həddinə gətirib çıxarıb.
Heç kimə sirr deyil ki, Ermənistan indiyədək xaricdəki diaspora hesabına yaşayıb. Amma indi o «əzəmətli erməni diasporu»ndan da Paşinyana və onun iqtidarına düz-əməlli dəstək yoxdur. Vəziyyət o həddə çatıb ki, Ermənistanın artıq müharibə aparmaq üçün resursları belə qalmayıb. Büdcə demək olar ki, boşdu. Ermənistan Maliyyə nazirliyinin son açıqlmasına görə, ölkənin xarici borcu 6 milyard dollara yaxınlaşır. Ümumi dövlət borcu isə 7 milyad 700 milyon dollar həcmindədir.
Bir maraqlı fakt: Hərbi əməliyyatlar başlayandan sonra Ermənistan 2020-ci il üçün dövlət büdcəsinə yenidən baxmaq qərarnıa gəldi. Və büdcə 40 milyard dram (təxminən 80 milyon dollar) əlavə olunub.
Heç kimə sirr deyil ki, bu gün Ermənistanın yaşadıqları Ümumilli Lider Heydər Əliyev tərəfindən başlanan və İlham Əliyevin davam etdirdiyi Ermənistanın təcrid olunması siyasətinin nəticəsidir. Bu ölkə faktiki regional layihələrdən kənar qalıb, gəlir yoxdu, yalnız ianələr hesabına yaşayır. İş o yerə çatıb ki, Rusiyaya, İrana qaz, enerji borcunu ödəyə bilmir, hətta, qaz borcuna görə, feodalizmin ilk dövründə olduğu kimi natural hesablaşma, meyvə təklif edir.
İki müharibə aparan dövlətin statistik göstəriciləri isə sadəcə müqayisəedilməzdir. Təsəvvür edin, Ermənistanda əhalinin ümumi sayının cəmi 2,9 milyon nəfər təşkil etməsi fonunda Azərbaycanda 10 milyon 100 min nəfərə çatır. Nəticədə məlum olur ki, demoqrafik resurslar isə hərbi əməliyyatların aparılması baxımından strateji əhəmiyyət daşıyır; Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard dollar təşkil etdiyi halda, Ermənistanda bu rəqəm 3,9 milyarddı. Azərbaycanın strateji valyuta ehtiyatları 51 milyard ABŞ dollar təşkil etdiyi halda, Ermənistanda 25 dəfə aşağı, cəmi 2,6 milyard dollar təşkil edir. 2020-ci il üçün Azərbaycanın hərbi büdcəsinin 2,4 milyard ABŞ dolları təşkil etməsi fonunda Ermənistanın hərbi büdcəsi 625 milyon dollar olub.
Nüfuzlu "Global Fire Power" şirkətinin 2020-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan Ordusu dünyanın 138 ölkəsinin silahlı qüvvələrinin reytinq cədvəlində 64-cü, Ermənistanın isə 111-ci yerdə qərarlaşıb. Yeri gəlmişkən son 11 gündə bu reytinq özünü olduqca doğrultdu. Ekspertlərin hesablamalarına görə, müharibənin ilk 4 günü Ermənistanın 1,2 milyard ABŞ dollar məbləğindəki hərbi texnika və silah-sursatının sıradan çıxarılıb. Bundan başqa Azərbaycanın kosmik peyklərinin mövcudluğu da ölkəmizin mühüm hərbi üstünlüyüdür. İndi heç kimə sirr deyil ki, Paşinyan hökuməti Ermənistanı çıxılmaz duruma salıb. Ölkə boşalır, hamı qaçır. Terrorçular Qarabağdan, ac-yalavac ermənilər isə Ermənistandan.