Hərəkətləriniz izlənəcək: rəqəmsal dünyada YENİLİK
03 aprel 2020 13:16 (UTC +04:00)

Hərəkətləriniz izlənəcək: rəqəmsal dünyada YENİLİK

“Google” koronavirus ərəfəsində bütün dünya üzrə istifadəçilərinin hərəkətlərini izləyə biləcək yeni saytını təqdim edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, "COVID-19 Community Mobility Reports" adlı yeni sayt bəzi obyektlərə və yerlərə səfərlərin həcmini qeydə alacaq. Ancaq saytın insanların fərdi hərəkətlərini izləməyəcəyi bildirilir.

Artıq saytın fəaliyyəti sınaqdan keçirilib. Sayt vasitəsilə fevralın 16-dan martın 29-dək San-Fransiskoda ticarət mərkəzlərinə səfərlərin sayı 72 faiz, parklarda gəzintilərin sayı isə 55 faiz azalıb.

Saytın 131 ölkədə, o cümlədən, birsıra MDB ölkələrində də fəaliyyət göstərəcəyi qeyd olunur.

# 1878
avatar

Oxşar yazılar