Ermənistan xarici borc tələsinə düşüb
07 oktyabr 2020 11:02 (UTC +04:00)

Ermənistan xarici borc tələsinə düşüb

Beynəlxalq Valyuta Fondu Ermənistanın xarici borcunun yüksək həddə olduğu qənaətindədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu ilin sonuna Ermənistanın xarici borcu 11,4 mlrd. ABŞ dolları təşkil edib ki, bunun da 5,8 mlrd. dollar xarici dövlət borcudur. Ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula (bundan sonra – ÜDM) nisbəti 42,5%, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 1 900 dollar olub.

Mərkəzin hesablamalarına görə, Ermənistanda xarici borcla bağlı göstəricilərin cari ildə daha da pisləşəcəyi proqnozlaşdırılır. Buna səbəb kimi COVID-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi, büdcə kəsrinin böyüməsi və milli valyutanın ucuzlaşması ilə bağlı gözləntilərin artması göstərilir. Qeyd edək ki, 2020-ci ilin ikinci rübündə rüblük iqtisadi artım ötən ilin müvafiq dövrünə nəzərən 13,7% azalıb. Bunun nəticəsi olaraq vergi yığımları azalmış, iqtisadi aktivliyi dəstəkləmək üçün büdcə xərcləri artırılıb ki, bu da büdcə kəsrinin ÜDM-ə nisbətinin 2,25%-dən 5%-dək böyüməsinə səbəb olub. Büdcə kəsrinin böyüməsi yeni borcların cəlb edilməsini şərtləndirmişdir. 2020-ci ilin ilk yarım ilində birbaşa xarici dövlət borcu 175 mln. dollar artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676
avatar

Oxşar yazılar