Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakı Slavyan Universitetinin məktəb lisey kompleksində yerləşən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 5 saylı məntəqəsində səs verib.
"APA-Economics"in verdiyi xəbərə, E. Rüstəmov deyib ki, parlament ölkədə həyata keçirilən iqtisadi islahatlarda qanunvericilik bazasının büdcə siyasətinin formalaşmasında mühüm rol oynayır: “Yeni yaradılan parlamentdən də artıq iqtisadi inkişafımızın yeni bir mərhələsində irəli sürülmüş islahatlar proqramı çərçivəsində qanunvericilik bazasının təkmilləşdirilməsini gözləyirik".
Qeyd edək ki, məntəqədə seçici siyahısında 1215 nəfər var.