Elman Rüstəmov bağlanan banklardan DANIŞDI
13 may 2020 12:10 (UTC +04:00)

Elman Rüstəmov bağlanan banklardan DANIŞDI

“Bağlanan banklarda 211 milyonn manatlıq ipoteka kreditləri var. İpoteka və Kredit Zəmanət Fondu özü müəyyənləşdirəcək ki, miqrasiya hara, hansı banka edilsin”.

APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

O bildirib ki, bağlanan banklarda əmanətlərin 99 faizdən çoxu sığortalıdır. Bağlanan banklarda qorunmayan əmanətlərin həcmi isə 3 milyon manat təşkil edir.

Qeyd edək ki, AMB-nin qərarına əsasən, son bir ayda “Atabank”, “Amrahbank”, “AGBank” və “NBC Bank”ın lisenziyaları ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699
avatar

Oxşar yazılar