Daha 5 ekspres xətt açılacaq - BNA
04 avqust 2020 18:21 (UTC +04:00)

Daha 5 ekspres xətt açılacaq - BNA

Artan sərnişin sıxlığının qarşısını almaq üçün əlavə 5 ekspres xəttin təşkilinə qərar verilib

APA-Economics”in məlumatına görə bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev əlavə ekspres xətlərin təşkili və sərnişindaşımayla bağlı  təşkil olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, sıxlıq əsasən Koroğlu nəqliyyat mübadilə mərkəzində və ətraf kənd və qəsəbələr istiqamətlərində müşahidə olunur. Bunun nəticəsi kimi, əlavə 5 ekspres xəttin -M1A, M2A, M8,M9 və M10 təşkilinə qərar verilib.

M1A və M2A xəttləri müvafiq olaraq mövcud olan M1 və M2 xəttlərinə dəstək olaraq buraxılacaq.

M1A xətti üzrə avtobuslar Qara Qarayev prospekti, Laçın Ticarət Mərkəzi qarşısından Gənclik metrostansiyasına qədər hərəkət edəcək. M2A üzrə avtobuslar Neftçilər metrostansiyası qarşısından Elmlər Akademiyası metrostansiyasına qədər hərəkət edəcək.

M8 -Maştağa qəsəbəsi-Gənclik metrostansiyası , M9 -Nardaran çimərlik sahili, Sea Breeze İstirahət Mərkəzi- Nərimanov metrostansiyası, M10 is Mərdəkan qəsəbəsi , Nərimanov metrostansiyası marşrutu ilə hərəkət edəcək.

Bu xətlər üzrə avtobuslar səhər saat 6:30 21:30 fəaliyyət göstərəcək.

O bildirib ki avtobuslar mərhələ ilə xəttə buraxalıcaq və xətlərdə Atlas MMC-nin avtobus BMC markalı avtobusları fəaliyyət göstərəcək.(M1A 30 qəp,M2A 30 qəp, M8 40 qəp, M9 50 qəp, M10 50 qəp)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15607
avatar

Oxşar yazılar