Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 960,2 milyon manat, xərcləri isə 14 142,6 milyon manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 11,4 faiz, xərcləri isə 7,9 faiz artıb. Hesabat dövründə dövlət büdcəsində 182,4 milyon manatlıq kəsir yaranıb.