“Dəniz limanı üzrə məcburi qaydalar” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq ediləcək.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
"Dəniz limanı üzrə məcburi qaydalar” Azərbaycan və ingilis dillərində nəşr olunur.