110 kilovoltluq stansiyada baş verən təkan nəticəsində Bakının bir hissəsində elektrik enerjisinin verilməsi ilə bağlı qısa fasilə yaranıb.
"Azərişiq" Açıq Səhmdar Cəmiyyətindən "APA-Economics"ə verilən məlumata görə, hazırda problem aradan qaldırılıb və elektrik enerjisinin ümumi şəbəkəyə verilməsi hissə-hissə bərpa olunur.