Bakı-Alanya marşrutu üzrə uçan təyyarə Ankarada məcburi eniş edib.
Lent.az-ın xəbərinə görə, Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti səbəbindən "Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.