“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakıdan Dubaya yerli vaxtla saat 10:12-də yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı vermiş və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəmişdir.
“APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.
Təyyarə Bakı vaxtı ilə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib.