Bu gündən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsinə başlanılıb.
“APA-Economics”in məlumatına görə, bu barədə AMB sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.
“1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi gözlənilir”, - E. Rüstəmov bildirib.