BTC normal rejimdə fəaliyyət göstərir - SOCAR
07 oktyabr 2020 10:21 (UTC +04:00)

BTC normal rejimdə fəaliyyət göstərir - SOCAR

Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri fəaliyyətini normal rejimdə davam etdirir.

"APA-Economics"in məlumatına görə, bu barədə sosial şəbəkədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov yazıb.

“Azərbaycanın Baş Prokurorluğuna istinadən bəzi KİV-lərdə yayılmış xəbərdə bildirilir ki, Ermənistanın silahlı qüvvələri tərəfindən Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb”, - İ. Əhmədov qeyd edib.

Onun sözlərinə görə, BTC boru kəmərinin səhmdarları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır: “Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla Ermənistan təkcə bizim ölkənin deyil, Avropa Birliyinin də enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır. Bu təhdid yeni deyil, sonuncu dəfə cari ilin İyul ayında Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin hücumu beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturumuzu birbaşa təhlükə altına qoyub”.

“Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının Ermənistanın uzunmüddətli işğalı altında olması beynəlxalq neft və qaz boru kəmərləri üçün daimi təhdid və təhlükə mənbəyidir. Azərbaycanın Milli Ordusu hazırda Ermənistanın hücumlarını dəf etməklə, bu infrastrukturun təhlükəsizliyini təmin edən əsas faktordur. Azərbaycan Ordusunun hazırkı əks-həmlə əməliyyatı işğal altında olan əraziləri tam azad etməklə Ermənistanın təhdidlərini tam aradan qaldıra biləcək yeganə faktor kimi görünür. Bu isə boru kəmərlərimizin davamlı təhlükəsizliyini də təmin edəcək”, - İ. Əhmədov vuğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748
avatar

Oxşar yazılar