Azərbaycanda yeni zavod açılacaq
13 noyabr 2020 11:36 (UTC +04:00)

Azərbaycanda yeni zavod açılacaq

0

"Bakı Polimer İstehsalat" MMC-yə AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) rezident statusu verilib.

YTP-dən "APA-Economics"ə verilən məlumata görə, müəssisə streç-sarğılar istehsal etmək niyyətindədir.

İxrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç-sarğı istehsalı üzrə ixtisaslaşan kompleksin yaradılması üzrə investisiya layihəsi əsasında YTP-də yaradılması nəzərdə tutulan zavod, Qafqaz coğrafiyasında 5 qat PE streç-sarğıları istehsal edən yeganə istehsalçı olacaq.

Streç filmlər məhsul və istehsal texnologiyası innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1340

Oxşar yazılar