Azərbaycanda qeydiyyatdan keçən fərdi sahibkarların sayı AÇIQLANDI
17 aprel 2020 17:06 (UTC +04:00)

Azərbaycanda qeydiyyatdan keçən fərdi sahibkarların sayı AÇIQLANDI

Bu ilin aprelin 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 927,8 mini keçib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə hər səkkiz fərdi sahibkardan altısı “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,5%), Aran (20,2%), Gəncə-Qazax (13,4%) və Lənkəran (9,7%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,3%-ni kişilər, 21,7%-ni isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 26%-ni, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 29,5%-ni, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,8%-ni təşkil edir.

Sahibkar qadınların 33,1%-i Bakıda, 17%-i Aran, 15,7%-i Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5%), Gəncə-Qazax (25,4%) və Lənkəran (22,3%) iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında (21,7%) qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar