Bu ilin yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 190,1 min nəfər olub, onlardan 4 938,5 min nəfərini məşğul əhali təşkil edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,1%, məşğul əhalinin sayı isə 1,2% artıb.
2020-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 295,6 manat təşkil edib.