Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək
02 iyun 2020 21:09 (UTC +04:00)

Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı  "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Vergi Məcəlləsinə yeni - XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) əlavə edilib. Qanuna əsasən, pandemiyanın bilavasitə təsir etdiyi aşağıdakı fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilir:

 

- avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

- yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

- turoperator və turagent fəaliyyəti;

- sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti;

- ictimai iaşə fəaliyyəti;

- sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

- idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

- hazırlıq (tədris) və ixtisasartıma  kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;

- əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilir.

Göstərilənlərlə yanaşı pandemiyasının mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə aşağıdakı güzəştlər verilir:

- fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi.

- 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son vergini ödənilməsi müddətinin 1 sentyabr  2020-ci il tarixinədək uzadılması.

- mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;

ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması.

Mikro sahibkarlıq subyektlərinə:

sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi;

- 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdəcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Bütün sahibkarlıq subyektlərini əhatə edən aşağıdakı vergi güzəştləri verilir:

- epidemiyanın qarışının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;

- əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4396
avatar

Oxşar yazılar