Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği aylıq 1,6% və ya 22 923 min manat artaraq bu il martın 1-nə 1,419 mlrd. manat təşkil edib.
"APA-Economics"in Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna istinadən verdiyi məlumata görə, dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı da aylıq 360 ədəd artaraq 28 335-ə çatıb.
Zəmanət verilmiş kreditlərin məbləği də hesabat dövründə 77 524 min manat təşkil dib.
Bildirək ki, hazırda Fondun 711 824 000 manatlıq istiqrazı dövriyyədədir.
Qeyd edək ki, hazırda maksimal 150 min manat olan ipoteka kreditləri maksimal 25 il müddətinə 15% minimal ilkin ödənişlə, maksimal 100 min manat olan güzəştli ipoteka kreditləri isə 10% minimal ilkin ödənişlə maksimal 30 il müddətinə verilir.