Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş valyuta hərracındakı tələb sonuncu dəfə martın 17-də keçirilmiş hərracın tələbi ilə müqayisədə 2,6% azalaraq 243,7 mln. ABŞ dolları təşkil edib.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı həmçinin bankların nağd valyutaya olan tələbləri də tam təmin olunub.
Qeyd edək ki, son altı valyuta hərracında AMB banklara 1,457 mlrd. dollar dəyərində valyuta satıb.
Mirsəid İbrahimzadə