Azərbaycanda alış-veriş mərkəzlərinin fəaliyyəti xüsusi qaydada tənzimlənəcək - Bu gecədən
13 mart 2020 21:26 (UTC +04:00)

Azərbaycanda alış-veriş mərkəzlərinin fəaliyyəti xüsusi qaydada tənzimlənəcək - Bu gecədən

Bu gecə saat 00:00-dan etibarən bir ay müddətində Azərbaycanda alış-veriş mərkəzlərinin fəaliyyəti xüsusi qaydada tənzimlənəcək. 

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ  Qərargahdan məlumat verilib. 

Bildirilib ki, ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir.

 

Aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində isə dəyişiklik olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1538
avatar

Oxşar yazılar