Bu ilin iyul ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 115 (ötən ilin müvafiq ayında 92 ev) daşınmaz əmlak alıblar.
"APA-Economics"in Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, yanvar-may ayları ərzində 546 ev (yanvarda 99 ev, fevralda 90 ev, martda 95 ev, apreldə 35 ev, mayda 42 ev, iyunda 70 ev) alınıb. Bildirək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77 ev və ya 12% azdır.
Bununla da Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında VI yerdə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (3 168 ev), İran (2 747) və Rusiya (1081) sıralanıb. Ümumilikdə, xaricilər Türkiyədə bu ilin yanvar-iyul ayları ərzində 17 185 ev alışı həyata keçirib.