Azərbaycan bu göstəriciyə görə dünyada 3-cüdür - HESABAT
19 dekabr 2019 10:44 (UTC +04:00)

Azərbaycan bu göstəriciyə görə dünyada 3-cüdür - HESABAT

0

Azərbaycan qadınların iqtisadiyyatda iştirakı və iqtisadi imkanları üzrə 2018-ci ilin yekunlarına görə dünya ölkələrinin ilk üçlüyünə daxil olub.

Bu barədə "APA-Economics" Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda gender qiymətləndirilməsi üzrə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Azərbaycanda qadınlar iqtisadi cəhətdən aktivdirlər və beynəlxalq rəqəmlərlə müqayisədə ölkədə kişilər və qadınlar arasında olan işçi qüvvəsində iştirak nisbətindəki fərq azdır. Qadınların işçi qüvvəsində iştirak nisbəti 68,6% təşkil edib, kişilərdə isə bu nisbət 73,9%-ə bərabər olub. Bunun nəticəsi kimi, Azərbaycan qadınların iqtisadiyyatda iştirakı və iqtisadi imkanları üzrə dünyada ilk üçlüyə daxil olub.

Ümumiyyətlə, Azərbaycanda peşəkar modellər cinsə görə gözə çarpacaq qədər bölünür. Qadınlar sağlamlıq və sosial sahələr də daxil olmaqla müəyyən sektorlarda üstünlük təşkil edir (77%). Bura təhsil (73%), incəsənət, əyləncə və istirahət sektorları da (63%) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1359

Oxşar yazılar