Avtomobillərin alqı-satqısı ilə bağlı YENİLİK
15 oktyabr 2020 18:31 (UTC +04:00)

Avtomobillərin alqı-satqısı ilə bağlı YENİLİK

Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişiklik edib.

APA-nın məlumatına görə, qüvvədə olan Əsasnaməyə əsasən, nəliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların uçotunun aparılmasını, satılmış avtomobillərin yol hərəkətinə müvəqqəti buraxılması üçün "tranzit" nişanları və hesab-arayış blankları ilə təchiz olunmasını və onların sərf edilməsinə müvafiq qaydada vaxtaşırı nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirib.

Dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin vəzifələr sırasından nəliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların hesab-arayış blankları ilə təchiz olunmasını çıxarılıb.

İndiyə qədər nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesabla təsdiq edilib. Dəyişikliyə əsasən, arayış-hesab siyahıdan çıxarılıb, bu sıraya alqı-satqı müqaviləs daxil edilib.

Qüvvədə olan Əsasnaməyə görə, idman saraylarında, stdionlarda idman tədbirdləri vaxtı əşya lotoreyası keçirilərkən və başqa hallarda vətəndaşların udduqları nəqliyyat vasitələri mağazanın verdiyi arayış-hesab əsasında bu Əsasnamədə göstərilən qaydada qeydiyyata alınıb. Arayış-hesabın əks tərəfi lotoreya komissiyasının üzvləri tərəfindən doldurulmaqla avtomotonəqliyyatı udmuş şəxs haqqında məlumatlar yazılıb, lotoreya komissiyasının sədri və tədbir keçirən idarənin rəhbərliyi tərəfindən imza edilib və möhürü ilə təsdiqlənib. Dəyişikliyə əsasən, bundan sonra idman saraylarında, stdionlarda idman tədbirdləri vaxtı əşya lotoreyası keçirilərkən və başqa hallarda vətəndaşların udduqları nəqliyyat vasitələri lotereya təşkilatçısının verdiyi arayış əsasında bu Əsasnamədə göstərilən qaydada qeydiyyata alınacaq. Arayışda nəqliyyat vasitəsini udmuş şəxs haqqında məlumatlar yazılacaq, lotereya təşkilatçısı tərəfindən imza edilir və möhürlə təsdiqlənəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar