Aviaşirkətlər biletlərin ödənişsiz təxsis edilməsi müddətini uzatdı
31 may 2020 15:04 (UTC +04:00)

Aviaşirkətlər biletlərin ödənişsiz təxsis edilməsi müddətini uzatdı


Koronavirus pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" (AZAL) və "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar 2020-ci ilin 1 iyul tarixinədək uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

 

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3742
avatar

Oxşar yazılar