2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarı 170 manat götürüldü
29 dekabr 2020 11:45 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarı 170 manat götürüldü

2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarının məbləği müəyyən olunub.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulub.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

# 1248
avatar

Oxşar yazılar