“İctimai nəqliyyatda dezinfeksiya olunur. Amma qısa müddətdə ictimai nəqliyyatla bağlı təlimatlar işlənəcək”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov deyib ki, bu təlimatlar yaxın günlərdə qəbul ediləcək: “Bu təlimatlar ticarət mərkəzlərini də əhatə edəcək. Məsələn, böyük ticarət mərkəzlərində satıcılar maska və əlcəkdə olmalı, insanlar bir-birindən 1 metr məsafədə olmalıdır”.