Abunəçilərinin tələblərini hər zaman nəzərə alan “Nar”ın internet və ölkədaxili dəqiqələri sərfəli qiymətlərlə birləşdirdiyi “Full” paketlərindən istifadə edənlərin sayı artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində “Full” istifadəçilərinin sayı 58% yüksəlib. “Full” paketləri abunəçilərə Azərbaycan mobil rabitə bazarında yalnız “Nar” abunəçilərinin yararlana bildiyi bonuslar təqdim edir. Belə ki, “Full” paketlərinə qoşulan abunəçilərin ay ərzində istifadə etmədikləri bonusları yanmır, növbəti aya keçir. “Çevir” xidməti isə “Full” istifadəçilərinə dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişmək imkanı verir.
Qeyd edək ki, abunəçilərin istəklərindən asılı olaraq 6 müxtəlif “Full” paketi var. “Full” paketlərinə qoşulmaq və ətraflı məlumat əldə etmək üçün https://www.nar.az/full/ səhifəsinə və “Nar+” tətbiqinə daxil ola bilərsiniz.